Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İstanbul derbisini "Qalatasaray" qazandı
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
QOL.az xəbər verir ki, 25-ci tur çərçivəsində "Beşiktaş" "Qalatasaray"ı qəbul edib. Turun mərkəzi görüşünün baş hakimi Ozan Ergün olub.
“Tüpraş” stadionunda oynanılan matç "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki yeganə qolu 39-cu dəqiqədə Viktor Osimhen vurub.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Qalatasaray” 61 lideridir. 46 xalı olan "Beşiktaş" isə 4-cüdür.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.