EN

BƏƏ prezidenti: “Müharibə vəziyyətindəyik”

Mohammed bin Zayed Al Nahyan Birləşmiş Ərəb Əmirliklərinin müharibə vəziyyətində olduğunu bildirib və ölkəsinin bu prosesdən daha güclü çıxacağını deyib.Metbuat.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri dövlət televiziyasının yaydığı məlumata görə, prezident bunu İran hücumları zamanı yaralanan şəxslərə baş çəkərkən açıqlayıb. O, yaralılarla maraqlanmağın onların borcu olduğunu vurğulayıb. Al Nahyan ziyarət zamanı 5 yaralı ilə görüşdüyünü bildirib. Onun sözlərinə görə, yaralananların hamısı mülki şəxslərdir. Yaralılar arasında iki BƏƏ vətəndaşı ilə yanaşı bir hindistanlı, bir sudanlı və bir iranlı da var.Prezident “BƏƏ yaxşı vəziyyətdədir” deyərək hücumlar qarşısında gördükləri işə görə orduya və təhlükəsizlik qurumlarına təşəkkür edib. O bildirib ki, bu qurumlar ölkəni şərəfləndirən vəzifəni yerinə yetirirlər.Ölkədə yaşayan əcnəbilərin roluna da toxunan Al Nahyan BƏƏ-nin müharibə vəziyyətində olduğunu vurğulayıb:
“Biz üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik. Bu vəziyyət bizə məcbur edildi. Özümüzü, xalqımızı və ölkəmizi qorumaq üçün bunu edirik.”

BƏƏ prezidentinin sözlərinə görə, ölkəsinin düşmənlərinə də mesajı var: “BƏƏ cəlbedici, gözəl və nümunəvi ölkədir, lakin aldanmayın. BƏƏ-nin dərisi qalın, əti acıdır. Bizi heç kim məğlub edə bilməz.”

Chosen
2
48
metbuat.az

10Sources