EN

TƏCİLİ! Türkiyə İrana xəbərdarlıq etdi: Azərbaycana qarşı…

Türkiyə İranı öz ərazisi istiqamətində yeni raketlərin buraxılmasının yolverilməz olduğu barədə xəbərdar edib. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi nazirlər toplantısından sonra açıqlama verib.

KONKRET.az xəbər verir ki, nazir İranın qonşu ölkələrlə münasibətlərində daha məsuliyyətli davranmalı olduğunu bildirib. Onun sözlərinə görə, üçüncü ölkələrə hücum strategiyası ciddi səhvdir və regionda gərginliyi daha da artırır.

“Üçüncü ölkələrə hücum strategiyası çox yanlış yanaşmadır. Bu gün ABŞ, İsrail və İran arasında davam edən müharibəni dayandırmaq üçün bütün diplomatik təmaslarımızı davam etdiririk. Digər tərəfdən, Türkiyəyə və qardaş Azərbaycana yönəlmiş hücumlar zamanı Türk Dövlətləri Təşkilatı güclü dəstək və həmrəylik nümayiş etdirdi”, – deyə Hakan Fidan vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, regionda sabitliyin qorunması üçün ölkələrin qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət yürütməsi vacibdir. Onun sözlərinə görə, Türkiyə diplomatik kanallar vasitəsilə gərginliyin azaldılması və münaqişənin dayandırılması istiqamətində səylərini davam etdirəcək.\\nocomment.az

Chosen
2
1
konkret.az

2Sources