ain.az bildirir, Sherg.az portalına istinadən.
Dezenformasiya ilə Mücadele Merkezi (DMM) son günlər bölgədə baş verən hadisələrlə əlaqədar sosial mediada Türkiyə-Azərbaycan münasibətlərini və Azərbaycanı hədəf alan həddindən artıq tənqidi, dezinformasiya və təxribat xarakterli paylaşımların artdığını bildirib.
Sherg.az-ın məlumatına görə, mərkəzin açıqlamasında vurğulanıb ki, iki ölkə sarsılmaz tarixi bağlar və ortaq dəyərlər ilə bir-birinə bağlıdır.
DMM qeyd edib ki, Türkiyə və Azərbaycan keçmişdə də bir çox çətin sınaqlardan uğurla çıxıb. Bildirilib ki, Rəcəb Tayyip Ərdoğan və İlham Əliyevin liderliyi ilə iki ölkə arasındakı münasibətlər bütün sahələrdə “Bir millət – iki dövlət” prinsipi əsasında inkişaf etdirilir.
Açıqlamada ictimaiyyətə müraciət edilərək bildirilib ki, iki ölkə arasındakı qardaşlıq münasibətlərinə zərər verə biləcək bəyanatlar, dezinformasiya və qara təbliğat fəaliyyətlərinə qarşı daha həssas olmaq lazımdır.
Həmçinin qeyd olunub ki, mühüm məsələlərdə Türkiyə və Azərbaycanın rəsmi qurumlarının açıqlamaları əsas götürülməlidir.
DMM vurğulayıb ki, dezinformasiyaya qarşı mübarizənin effektiv aparılması üçün təsdiqlənməmiş məlumatların paylaşılmaması və yalnız etibarlı mənbələrin izlənilməsi vacibdir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.