EN

İsrail Tehranın Mehrabad aeroportunu bombaladı - 16 təyyarə məhv edildi... -VIDEO



İsrail Tehranın Mehrabad hava limanını bombalayıb. İsrail ordusunun açıqlamasında bildirilir ki, Mehrabad hava limanında infrastrukturu hədəf alan genişmiqyaslı hücum gecə saatlarında həyata keçirilib.

Açıqlamada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinə məxsus olduğu iddia edilən 16 təyyarənin məhv edildiyi bildirilir. Mehrabad hava limanının Qüds Qüvvələri tərəfindən Yaxın Şərqdəki qrupları silahlandırmaq və maliyyələşdirmək üçün istifadə edildiyi iddia edilir.

Vurulan təyyarələrin bəzilərinin İran bölgədəki vəkil qruplarına silah daşıyan təyyarələr, digərlərinin isə qırıcı təyyarələr olduğu bildirilir.

TAHİR

Chosen
23
baki-xeber.com

1Sources