EN

“Beşiktaş” öz meydanında “Qalatasaray”a məğlub OLDU

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Türkiyə Super Liqasında XXV turun oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.

“Beşiktaş” “Qalatasaray”ı qəbul edib. Görüş “ağ-qaralar”ın üstünlüyü şəraitində keçib. Buna baxmayaraq hesabı qonaqlar açıb. Viktor Osimhen komandasını irəli çıxarıb.

İkinci yarıda “Beşiktaş” təzyiqi daha da artırıb. Epizodlardan birində “sarı-qırmızılılar”ın futbolçusu Leroy Sane birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. 10 nəfərlə qalan “Qalatasaray” qələbə hesabını qoruyub saxlaya bilib - 1:0.

Qeyd edək ki, “Cimbom” 61 xalla turnir cədvəlinə başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
98
7
redaktor.az

8Sources