Türkiyə Super Liqasında 25-ci turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, İstanbul derbisində “Beşiktaş” “Qalatasaray”la üz-üzə gəlib.
“Sarı-qırmızılar” 62-ci dəqiqədə Leroy Sane qırmızı vərəqə aldıqdan sonra meydanda azlıqda qalsa da, matçdan qalib ayrılıb – 1:0.
Oyunda yeganə qolu 39-cu dəqiqədə Viktor Osimhen vurub.
“Qalatasaray” 61 xalla turnir cədvəlinə başçılıq edir.
“Beşiktaş” 46 xalla turnir cədvəlində 4-cü yeri tutur.