EN

Ərdoğan Ceyhun Bayramovu qəbul etdi



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində yaydığı məlumata görə, nazir Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Dolmabahçe Sarayında qəbul edilib.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, cari regional təhlükəsizlik məsələləri müzakirə olunub.

ZÜMRÜD

Chosen
38
2
baki-xeber.com

5Sources