EN

ABL: "Sabah" və "Abşeron Lions"dan qələbə

Azərbaycan Basketbol Liqasının 18-ci turu çərçivəsində bu gün daha iki oyun keçirilib.

Fanat.Az xəbər verir ki, öncə "Şəki" - "Sabah" görüşü reallaşıb. Qonaqlar rəqibi 82:102 (18-23; 27-25; 18-26;19-28) hesabı ilə məğlub ediblər.

Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində saat 14:00-da start götürüb.

Günün son matçı "Sərhədçi" İdman Mərkəzində "Abşeron Lions" və NTD arasında olub. Birincilər rəqibi 107:88 (28-20; 25-24; 30-21; 24-23) hesabı ilə üstələyiblər.

Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq. Daha əvvəl keçirilən görüşlərdə "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67), "Naxçıvan" isə "Lənkəran"ı (104:73) məğlub edib.

Chosen
2
fanat.az

1Sources