EN

Azərbaycan millisinin baş məşqçisi: "Səhvlərimizi aradan qaldırmağa çalışacağıq"

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Macarıstan yığması ilə oyundakı səhvləri aradan qaldırmağa çalışacaq.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis dünya çempionatının seçmə mərhələsində 0:1 hesabı ilə uduzduqları qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Təəssüflər olsun ki, minimal hesabla məğlub olduq. İlk oyundan sonra istəyirdik ki, bu qarşılaşmada ən azı 1 xal qazanaq. Rəqibi yaxşı təhlil etmişdik, komandanın gücünü, futbolçularının səviyyəsini bilirdik. Birinci hissədə bizi səhv etməyə məcbur etdilər və qapımıza yol tapdılar. Qarşıdakı oyunlarda yaxşı nəticə qazanmaq üçün tez bir zamanda səhvlərimizi analiz edib, onları aradan qaldırmağa çalışacağıq".

Qeyd edək ki, milli növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.

Chosen
20
2
far.az

9Sources