EN

Ağır cəzadan qaça bilmədi

Cek Fletçer gözlənilən aqibətlə üzləşib.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi rəqibini təhqir etdiyi üçün ağır cəzaydan qaça bilməyib.

18 yaşlı futbolçu Liqa Kuboku çərçivəsində keçirilən “Barnsli” ilə matçda (2:5) qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Cek rəqibin ona qarşı kobud oyunundan sonra sərt ifadə ilə reaksiya verdiyi üçün 6 oyunluq diskvalifikasiya olunub. Yeniyetmə futbolçu 1500 funt sterlinq məbləğində cərimələnib və xüsusi təhsil proqramına cəlb olunub.

Qeyd edək ki, Fletçer bu mövsüm MY-nin əsas komandasında 3 oyunda meydana çıxıb.

Chosen
44
1
football-plus.az

2Sources