EN

Brilliant Dadaşova və “Zəfər” qrupundan film kimi klip

Shownews saytından alınan məlumata görə, ain.az bildirir.

Xalq artisti Brilliant Dadaşova və “Zəfər” qrupu “Bəlkə də” adlı yeni mahnılarını təqdim ediblər.

Mahnı maraqlı və fərqli ssenari əsasında hazırlanmış mini film formatında tamaşaçıların ixtiyarına verilib. Layihə klassik klip üslubundan kənara çıxaraq, daha çox bədii ekran işi təsiri bağışlayır.

Süni zəka texnologiyalarından istifadə olunaraq ərsəyə gətirilən ekran işində hadisələr orta əsrlər dövründə cərəyan edir. Süjetdə sevgi, sədaqət və taleyin insan həyatındakı rolu kimi mövzular ön plana çəkilir.

Layihənin rəhbəri və ssenari müəllifi Anar Mədətovdur.

Mahnının sözləri Orxan Mürvətliyə, musiqisi isə İlqar Məmmədova məxsusdur. Yeni iş artıq dinləyicilərin ixtiyarına verilib və sosial şəbəkələrdə maraqla qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
icma.az

1Sources