EN

Tənqid edilən icra başçısı mərhum qazinin hüzr məclisinə getdi

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Özünə qəsd edən Ağstafa rayonundan olan  Vətən müharibəsi qazisi Kənan Aşırovun dəfn mərasimi keçirilib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda yerli rayon icra hakimiyyəti rəhbərliyinin dəfn mərasiminə qatılmaması ciddi tənqid olunub.

Hətta mərhumun anası da övladına olan bu münasibətə görə icra başçısı Seymur Orucovdan narazılığını ifadə edib.

Gununsesi.info-nun xəbərinə görə, sosial şəbəkə istifadəçilərinin narazılığından sonra bugün axşam saatlarında rayon icra hakimiyyətinin başçısı Seymur Orucov Yenigün kəndindəki hüzr mərasiminə gedib.

Bu barədə verilən rəsmi açıqlamaya görə, icra başçısı Seymur Orucovla birlikdə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri mırasimdə iştirak ediblər.

”Qazimizin valideynlərinə, doğmaları və yaxınlarına dərin hüzünlə baş sağlığı verilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən Vətən övladlarının ruhuna dualar oxunub.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizin sağlamlıqlarına qovuşmasını diləyirik” deyə açıqlamada bildirilir.

Günay Mahirqızı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
icma.az

1Sources