EN

İran istiqamətindən təhlükəsizlik çağırışları artır - Azər Qarayev

Bakı. Trend:

Son dövrlərdə baş verən hadisələr İran-Azərbaycanmünasibətlərində gərginliyin yeni mərhələyə keçdiyini göstərir.Azərbaycanın təhlükəsizlik orqanlarının açıqladığı məlumatlar vəregionda baş verən hadisələr rəsmi Tehranın ölkəmizə qarşı müxtəlifvasitələrlə destabilizasiya cəhdlərini davam etdirdiyini ortayaqoyur. Bu bir daha göstərir ki, İran istiqamətindən təhlükəsizlikçağırışları artır.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyikompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İranın İslam İnqilabıKeşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli şəxslərin Azərbaycanda birsıra terror-təxribat aktları planlaşdırdığı müəyyən edilib.İstintaq materiallarına görə, bu planların əsas məqsədi ölkədəsabitliyi pozmaq, cəmiyyət arasında vahimə yaratmaq və Azərbaycanınbeynəlxalq nüfuzuna zərbə vurmaq olub. Planlaşdırılan hücumlarınhədəfləri arasında strateji və həssas obyektlər yer alıb. Belə ki,Bakı–Tbilisi–Ceyhan neft kəməri, İsrailin Azərbaycandakı səfirliyi,Bakıda fəaliyyət göstərən Aşkenazi sinaqoqu və Dağ Yəhudiləri diniicmasının nümayəndələrindən biri terror planlarının potensialhədəfi kimi müəyyən edilib. İstintaq çərçivəsində məlum olub ki,ölkə ərazisinə bir neçə partlayıcı qurğu, o cümlədən “C-4” tipligüclü partlayıcı maddələr keçirilib və müxtəlif gizli yerlərdəsaxlanılıb.

DTX-nın müdaxiləsi nəticəsində həmin partlayıcılarınistifadəsinin qarşısı alınıb. Araşdırmalar göstərib ki, terrorplanlarının koordinasiyası İran xüsusi xidmət strukturları iləbirbaşa əlaqəli şəxslər tərəfindən həyata keçirilib. Buəməliyyatların arxasında SEPAH-ın kəşfiyyat strukturlarınındayandığı və prosesdə İran vətəndaşlarının fəal iştirak etdiyimüəyyən olunub. Onların bir qismi Azərbaycanda cinayətkar əlaqələryaradaraq yerli vətəndaşları müxtəlif vədlər və maddi təkliflərmüqabilində bu planlara cəlb etməyə çalışıb. İstintaqmateriallarında qeyd olunur ki, bəzi hallarda terror aktlarınınicrası üçün on minlərlə dollar məbləğində vəsait vəd edilib. Bundanəlavə, Azərbaycanda ictimai xadimlərdən birinə qarşı sui-qəsdplanının hazırlandığı, həmin şəxsin iş yerinin müşahidə edildiyi vəfoto-video materialların toplandığı da müəyyən edilib", - obildirib.

Onun sözlərinə görə, bu hadisələr İranla bağlı təhlükəsizlikrisklərinin təkcə kəşfiyyat fəaliyyəti ilə məhdudlaşmadığını, həmdə birbaşa terror və təxribat planları ilə müşayiət olunduğunugöstərir.

"Rəsmi Bakı uzun müddətdir ki, regionda sabitliyin qorunması vəqonşu ölkələrlə qarşılıqlı hörmət prinsipləri əsasındamünasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bəyanedir. Lakin son hadisələr göstərir ki, bəzi qüvvələr regiondagərginliyi artırmaq və Azərbaycan daxilində sabitliyi pozmaqniyyətindən əl çəkməyiblər. Xüsusilə son dövrlərdə İranistiqamətindən gələn təhlükəsizlik çağırışları daha qabarıq şəkildəözünü göstərir. Məsələn, bir neçə gün öncə Naxçıvan istiqamətindəmülki infrastruktura qarşı İranın dron hücumu. Bu hadisə bir dahagöstərir ki, İran tərəfindən Azərbaycan əleyhinə müxtəlifformalarda təzyiq və təxribat cəhdləri davam edir. Terrorplanlarının hədəfi kimi həm enerji infrastrukturu, həm diplomatiknümayəndəliklər, həm də dini icmaların seçilməsi təsadüfi deyil. Bucür hədəflər ölkə daxilində sabitliyi pozmaq, beynəlxalq rezonansyaratmaq və Azərbaycanın tərəfdaşları ilə münasibətlərinə xələlgətirmək məqsədi daşıyır", - o bildirib.

A.Qarayev qeyd edib ki, bununla belə, təhlükəsizlik orqanlarınınhəyata keçirdiyi əməliyyatlar nəticəsində planlaşdırılan terroraktlarının qarşısının alınması dövlətin təhlükəsizlik sisteminineffektiv işlədiyini göstərir.

"Hazırda istintaq tədbirləri davam etdirilir və xarici xüsusixidmət orqanları ilə əlaqəli digər şəxslərin müəyyən edilməsiistiqamətində araşdırmalar aparılır. Baş verənlər bir daha göstərirki, regionda geosiyasi gərginlik fonunda Azərbaycan müxtəliftəhlükəsizlik çağırışları ilə üz-üzədir. Bununla belə, dövlətqurumlarının koordinasiyalı fəaliyyəti nəticəsində bu cürtəhdidlərin qarşısının vaxtında alınması ölkənin sabitliyininqorunmasında mühüm rol oynayır", - o bildirib.

Məqalədə:
Chosen
39
az.trend.az

1Sources