EN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul edib

BAKI, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Nazir Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Dolmabahçe Sarayında qəbul edilib.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, cari regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Chosen
33
2
turkic.world

5Sources