Ağstafa rayonunun Yenigün kənd sakini, 44 günlük Vətən müharibəsi qazisi Kənan İbarət oğlu Aşırovun doğma evində yas mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qazimizin valideynlərinə, doğmaları və yaxınlarına dərin hüznlə baş sağlığı verilib, Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub.