EN

Moskvada Azərbaycan səfirliyinin avtomobili QƏZAYA UĞRADI - VİDEO

Rusiyanın paytaxtı Moskvada Azərbaycan səfirliyinə məxsus nömrə nişanı olan "Kia" markalı avtomobil "Prajskaya" metro stansiyasının giriş qapılarına çırpılıb.

Musavat.com xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Qəza baş verən anda qapıların yaxınlığında sərnişinlərin olmadığı bildirilir.

Moskva Metropoliteninin mətbuat xidməti hadisəni təsdiqləyib və bunun qatarların cədvəlinə təsir etmədiyini qeyd edib.

Musavat.com

Chosen
74
2
musavat.com

3Sources