EN

ŞOK: Ukraynada bütün qışı istifadə olunan raketlər Yaxın Şərqə cəmi üç günə atılıb

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Komissiyasının müdafiə üzrə komissarı Andrius Kubilius bildirib ki, Yaxın Şərqdə cəmi üç gün ərzində ABŞ istehsalı olan təxminən 800 hava hücumundan müdafiə raketi istifadə olunub.

Globalinfo.az xəbər verir ki, bu, Ukraynanın son dörd ayda istifadə etdiyi raket sayından daha çoxdur.

Onun sözlərinə görə, qlobal silah tələbatının artması Avropanın öz raket istehsalını sürətlə artırmasını zəruri edir.

Kubilius qeyd edib ki, Ukrayna üçün raketlər, dronlar və 155 mm-lik artilleriya sursatı əsas ehtiyaclardır. Lakin müttəfiqlər üçün ən çətin məsələ məhz raket tədarüküdür.

O bildirib ki, 2025-ci ildə Ukrayna təxminən 2000 raket hücumuna məruz qalıb, onların 900-ə yaxını ballistik raketlər olub. Belə raketləri vurmaq üçün isə “Patriot air defence system” kimi müasir HHM sistemləri tələb olunur.

Kubiliusun sözlərinə görə, təkcə qış mövsümündə Ukraynaya təxminən 700 “Patriot” raketi lazım olub. Halbuki ildə cəmi təxminən 600 “PAC-3” raketi istehsal edilir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
globalinfo.az

1Sources