


Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən qeyri-rəsmi iclasında Yaxın Şərqdə baş verən son hadisələrdən danışıb.
Ceyhun Bayramov təhlükəsizlik mühitində artan gərginliklə bağlı ciddi narahatlığını ifadə edib.
O, Türkiyə ərazisinə yönəlmiş raket atışına və İran tərəfindən Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilən dron hücumlarını qətiyyətlə pisləyib.
Ceyhun Bayramov çıxışında artan geosiyasi gərginlik və qlobal qeyri-müəyyənlik şəraitində ölkələrimiz arasında həmrəyliyin, koordinasiyanın və strateji baxışın artan əhəmiyyətini vurğulayıb.
O, TDT-nin siyasi dialoqun möhkəmləndirilməsində, iqtisadi tərəfdaşlığın genişləndirilməsində və bütün Türk dünyasında regional əlaqələrin inkişafında əhəmiyyətli rolunu vurğulayıb.
İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq və iki dövlətli həllinə Azərbaycanın prinsipial dəstəyi növbəti dəfə təsdiq edilib.
Nazir Azərbaycan-Ermənistan sülh prosesinə də toxunub, 8 avqust 2025-ci il Vaşinqton sammitindən sonra Azərbaycanın Cənubi Qafqazda normallaşma və möhkəm sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyib və münasibətlərin tam normallaşması və davamlı sülhün bərqərar olması üçün hələ də Ermənistan Konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyini diqqətə çatdırıb.