EN

Pezeşkian: Hücumlarımız yalnız ABŞ hərbi obyektlərinə yönəlib

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

Pezeşkian bildirib ki, ölkəsi "həmişə regional ölkələrlə mehriban qonşuluq, milli suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında dostluq münasibətlərinin qorunmasını vurğulayıb", lakin bu, özünümüdafiə hüququnu ləğv etmir.Turkustan.az xəbər verir ki, İran Prezidenti Məsud Pezaşkian ABŞ-da yerləşən X sosial media platformasında yayımladığı mesajda müttəfiq ölkələrə hücum etmədiklərini, əksinə bölgədəki ABŞ bazalarını və hərbi obyektlərini hədəf aldıqlarını vurğulayıb.Pezeşkian açıqlamasına belə davam edərək bildirib: “İran həmişə region ölkələri ilə mehriban qonşuluq, milli suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında dostluq münasibətlərinin qorunmasını və davam etdirilməsini vurğulayıb”."Bu, İranın ABŞ və sionist rejimin hərbi hücumlarından özünü müdafiə etmək hüququnu ləğv etmir."Pezeşkian ölkələrini qorumaq üçün ölümə qədər müqavimət göstərəcəklərini bildirib və əlavə edib: “İranın müdafiə əməliyyatları yalnız İran xalqına qarşı təcavüzkar hərəkətlərin mənbəyi və mənşəyi olan hədəflərə və obyektlərə yönəlib və biz bunları qanuni hədəflərimiz hesab edirik”.İranın region ölkələrinə raket hücumlarına toxunan Pezeşkian bildirib ki, "Biz dost və müttəfiq ölkələrimizə hücum etmədik, lakin regiondakı Amerika bazalarını, obyektlərini və hərbi imkanlarını hədəf aldıq".

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
1
icma.az

2Sources