EN

7 saylı Doğum Evinin əməliyyatxanasında antisanitar vəziyyət hökm sürür?

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Nizami Tibb Mərkəzinin strukturuna daxil olan 7 saylı Doğum Evinin əməliyyatxanasının antisanitar vəziyyətdə olduğu iddia edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Nizami Tibb Mərkəzindən verilən məlumata görə, sözügedən xəstəxana köhnə tikili binada yerləşir:

"Nizami Tibb Mərkəzinin strukturuna daxil olan 7 saylı Doğum Evinin əməliyyatxanasının mövcud vəziyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 11 mart 2013-cü il tarixli 8 saylı qərarı ilə təsdiq olunmuş "Doğum evlərində doğuşa yardım işinin təşkili" haqqında təlimatda göstərilən tələblərə tam uyğun qaydadadır.

Həmin təlimatda göstərilir ki, doğum evlərinin əməliyyatxanasının divarları və döşəməsi antistatik mərmər plitələr olmalı, döşəmələr su buraxmayan, oda davamlı materiallarla örtülməlidir. Doğum evinin əməliyyatxanasının quruluşu da bu tələbə uyğunlaşdırılıb. Ümumilikdə xəstəxana köhnə tikili binada yerləşir. Buna baxmayaraq, xəstəxanada tam olaraq sanitar-gigiyena şərtlərinə əməl olunur və əməliyyatxanada istifadə olunan avadanlıqların hər birinin sanitariya vəziyyəti əməliyyatxanaların qaydalarına uyğun şəkildə icra olunur. Doğum evinin fəaliyyəti ilə bağlı olaraq mütəmadi olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin monitorinq qrupunun, eyni zamanda digər üst qurumların iştirakı ilə vaxtaşırı monitorinqlər aparılır. Bu günədək xəstəxananın fəaliyyətində heç bir nöqsan, yaxud qanunazidd hal aşkarlanmayıb.

Həmçinin məlumat üçün bildirək ki, dörd il müddətində xəstəxanada icra olunan 10 minə yaxın doğuş prosesindən sonra heç birində ağırlaşma, sepsis, peritonit halları yaşanmayıb və ana ölümü qeydə alınmayıb".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
67
1
bakivaxti.az

2Sources