EN

İranla müharibənin başlamasından bu yana 28 mindən çox amerikalı ABŞ-yə qayıdıb

İranla müharibənin başlamasından bu yana Yaxın Şərqdən 28 mindən çox amerikalı ABŞ-yə qayıdıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilir ki, onların böyük əksəriyyəti hökumətin köməyi olmadan kommersiya uçuşları ilə evə qayıdıb. Departament, həmçinin şənbə günü bir neçə min amerikalını təxliyə edən ondan çox çarter reysi təşkil edildiyini açıqlayım.

Məlumata əsasən, kömək üçün müraciət edən 16 mindən çox ABŞ vətəndaşına təhlükəsizlik və mühafizə məlumatları, eləcə də çarter variantları şəklində birbaşa yardım təklif edilib.

Chosen
57
1
ikisahil.az

2Sources