EN

"Sumqayıt" "Karvan-Yevlax"la heç-heçə etdi

Misli Premyer Liqasında XXIII tura start verilib.

"Unikal" xəbər verir ki, turun ilk oyun günündə "Sumqayıt" səfərdə "Karvan-Yevlax"la bərabərə qalıb - 1:1.

Yevlax şəhər stadionunda baş tutan matçda qonaqların heyətində Səbuhi Abdullazadə 51-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb. Yevlax təmsilçisi 90+3-cü dəqiqədə Coy Sleyd Mikelslə bərabərlik qolunu vurub.

"Sumqayıt" 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 8 xala malik "Karvan-Yevlax" isə sonuncu - 12-cidir.

Qeyd edək ki, XXIII tura martın 10-da yekun vurulacaq.

Chosen
20
5
unikal.az

8Sources