EN

TƏCİLİ! Tramp İrana elə bir mesajı GÖNDƏRDİ Kİ…: “Artıq zorba deyillər və…”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı kəskin bəyanatla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İranın Yaxın Şərqdəki qonşu ölkələrindən üzr istədiyini və artıq onlara qarşı hücum etməyəcəyinə söz verdiyini bildirib.

Tramp paylaşımında İranın ABŞ və İsrailin həyata keçirdiyi davamlı hücumlar nəticəsində bu addımı atmağa məcbur qaldığını vurğulayıb. Onun sözlərinə görə, Tehran uzun müddət Yaxın Şərqi ələ keçirmək və regiona nəzarət etmək niyyətində olub.

“Cəhənnəmə qədər döyülən İran Yaxın Şərqdəki qonşularından üzr istəyib və artıq onlara atəş açmayacağına söz verib. Bu vəd yalnız ABŞ və İsrailin amansız hücumları səbəbindən verildi. Onlar Yaxın Şərqi ələ keçirmək və idarə etmək istəyirdilər”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti iddia edib ki, min illər ərzində ilk dəfədir İran ətrafındakı Yaxın Şərq ölkələrinə məğlub olur. O bildirib ki, İranın regiondakı dominant mövqeyi artıq zəifləyib və Tehran əvvəlki təsir imkanlarını itirib.

Tramp həmçinin bildirib ki, İran rəhbərliyi ona təşəkkür etdiyini deyib və o da buna “xoş gördük” cavabını verib. Onun sözlərinə görə, İran artıq “Yaxın Şərqin zorbası” deyil və bundan sonra regionda daha zəif mövqedə olacaq.

ABŞ prezidenti əlavə edib ki, İranın gələcəkdə ya təslim olacağı, ya da tam çöküşlə üzləşəcəyi ehtimalı var. Tramp qeyd edib ki, İranın davranışları səbəbindən bu ölkəyə qarşı daha sərt addımların atılması da nəzərdən keçirilir: “Bu gün İran çox ağır zərbə alacaq. İranın pis davranışlarına görə indiyədək hədəf hesab edilməyən bəzi ərazilər və insan qrupları da artıq ciddi şəkildə nəzərdən keçirilir”

Onun sözlərinə görə, regionda baş verən son hadisələr İranın uzun illər qurduğu təsir mexanizmlərini zəiflədib və Yaxın Şərqdə qüvvələr balansının dəyişməsinə səbəb olub. Tramp paylaşımının sonunda bu məsələyə diqqət yetirildiyinə görə təşəkkür edib və bəyanatını “Prezident Donald J. Tramp” imzası ilə yekunlaşdırıb.

Sara
NOCOMMENT.az

Chosen
46
45
nocomment.az

10Sources