EN

“Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” Müsahibə

Modern.az saytına istinadən ain.az xəbər verir.

“Dinamo” klubunun prezidenti Yaşar Seyidovun Futbolxeber.az saytına müsahibə verib. Modern.az həmin müsahibəni təqdim edir.

- Yaşar müəllim, eşitdiyimizə görə, AFFA Klublar Komitəsinə müraciət edərəm qurumun qarşıdakı iclasında iştirak etmək, bəzi təkliflər səsləndirmək istəyirsiniz. Həmin təkliflər hansılardır?

- Bəli, Klublar Komitəsinin iclasında iştirak etməklə bağlı AFFA-nın baş katibi Cahangir Fərəcullayevə, PFL prezidenti Elxan Səmədova, Klublar Komitəsinin rəhbəri Elçin Usuba və AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin rəisi Seymur Səlimliyə müraciət ünvanlamışıq. Artıq müraciətimiz müsbət cavablandırılıb. Klublar Komitəsinin sədri Elçin Usubdan qurumun martın 11-də keçiriləcək iclasda bizim müraciətimizin müzakirə olunacağı ilə bağlı məktub almışıq. Buna görə onlara minnətdaram. O ki qaldı Klublar Komitəsində iştirakla bağlı müraciətimizə, bildiyiniz kimi, II Liqada çıxış etməsinə və maliyyə çatışmazlığına baxmayaraq, Premyer Liqa klubları kimi, “Dinamo” da bütün yaş qrupları üzrə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və U-19 Gənclər Liqasında iştirak edir. Hazırda Bakı və ətraf kənd-qəsəbələrdən 300-dək gənc akademiyamızda futbolun sirlərini öyrənir. Bir sözlə, təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyik ki, “Dinamo” bu gün Azərbaycanda uşaq futbolunun inkişafı üçün misilsiz və əvəzolunmaz xidmət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
108
modern.az

1Sources