EN

Fransa millisinin üzvü Səudiyyə Ərəbistanına yollana bilər

Fransa millisinin və “Marsel”in üzvü Meyson Qrinvud karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu cari mövsümün sonunda Asiyaya yollanmaq haqqında düşünür.

Hələ ki futbolçu ilə konkret hansı klubun maraqlanması barədə xəbər verilmir. Qeyd edək ki, İspaniya və İngiltərə klubları da Qrinvudu yaxından izləyirlər.

“Mançester Yunayted” Akademiyasının yetirməsi olan forvard 2024-cü ildə “Marsel”ə 26 milyon avroya transfer olunub.

O, bu mövsüm 36 oyunda 24 qol vurub və 8 məhsuldar ötürmə verib.

Qrinvudun “Marsel”ə müqaviləsi 2029-cu ilə qədərdir.

Chosen
20
msport.az

1Sources