EN

“Neftçi” rəhbərliyi Vernidubun narahatlığına son qoydu, onu da Azərbaycana gətirdi

«Neftçi» rəhbərliyi Yuri Vernidubun narahatlığına son qoyub.

Baş məşqçinin müraciətini nəzərə alan yönətim onun xanımının Ukraynadan Azərbaycana gəlməsinə köməklik göstərib

. 59 yaşlı mütəxəssisin həyat yoldaşı artıq Bakıdadır.

«Ağ-qaralar» cütlük üçün ev də kirayələyib. Onlar artıq «Ağ şəhər»də yaşayır.

Vernidub ötən ilin əvvəlindən bəri ölkəmizdə fəaliyyət göstərir. «Şerif»in sabiq sükançısı bakılılarla 1,5 illik (6 ay+1 illik) müqavilə imzalayıb.

Razılaşmaya əsasən, o, komandanı avrokuboklara daşıyacağına söz verib. İşi qənətbəxş sayılarsa, kontraktın ikinci hissəsi qüvvəyə minəcək.

SPORTİNFO.AZ

Chosen
31
sportinfo.az

1Sources