EN

Tehranda hakimiyyət böhranı: İran rəhbərliyində fikir ayrılığı dərinləşir

“ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatının başlamasından təxminən bir həftə sonra İran hakimiyyəti daxilində ciddi fikir ayrılıqları müşahidə olunur”.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-dəki İsrail səfiri Yehiel Leyter bildirib.

Diplomat “Amerikanın Səsi”nə müsahibəsində İsrailin İran rejiminin qalan strukturları arasında artan parçalanmanı izlədiyini deyib. Onun sözlərinə görə, İranın ali rəhbəri Əli Xamenei və digər yüksək rütbəli hərbi rəsmilərin aradan götürülməsindən sonra hakimiyyət daxilində müxtəlif məsələlər müzakirə olunur.

Leyter bildirib ki, hazırda rejimin qalan nümayəndələri yeni liderin seçilməsi, Xameneinin dəfn mərasimi və region ölkələri ilə qarşıdurma məsələlərini müzakirə edirlər. Diplomatın sözlərinə görə, bu məsələlər üzrə hələlik yekdil qərara gəlinmədiyi və rəhbərlik daxilində qeyri-müəyyənliyin davam etdiyi müşahidə olunur.

Sara

NOCOMMENT.az 

Chosen
90
17
nocomment.az

10Sources