PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-in 25-ci “Monako”ya uduzduqları oyun haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis məğlubiyyətlərin ilk növbədə komandanın psixologiyasına təsir etdiyini söyləyib:
“Komandada problemlər yarananda insanı ilk növbədə psixologiya sarsıdır. Bu normaldır. Həm futbolçu, həm də məşqçi kimi karyeram ərzində komandalarım çox matçda uduzub. Bu qəribə və xoşagəlməz hissdir.
Həmişə məğlubiyyətin və itirilən xalların səbəblərini axtarırsan. Özünəinam supermarketdən alına bilən şey deyil. O, günbəgün qurulur.
Hazırda müəyyən çətinliklər yaşayırıq, amma qarşıdakı oyunlarda vəziyyətin dəyişəcəyinə ümid etməliyik. Turnirlər də məhz buna görə bir-birindən fərqlənir. Bu komandaya olan inamımı itirmək istəmirəm”.
Qeyd edək ki, PSJ Liqa 1-in növbəti turunda səfərdə “Nitsa” ilə qarşılaşacaq.