EN

Azərbaycan yığması Macarıstanla qarşılaşacaq

Bu gün Azərbaycanın qadınlardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2-ci oyununa çıxacaq.

Azreform.info xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda səfərdə Macarıstanla qarşılaşacaq. C Liqasının 3-cü qrupunun matçı Felksutdakı "Panço Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Bu qrupun digər oyununda isə Andorra Şimali Makedoniyanın qonağı olacaq (Bakı vaxtı ilə saat 18:00).

Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Şimali Makedoniyaya 2:0 hesabı ilə qalib gəlib.

7 mart

17:30. Macarıstan - Azərbaycan

Baş hakim: Filipa Pereyra Kunya, Andreya Souza, Kristiana Moreyra Kosta, Sara Alves (Hakimlər briqadası Portuqaliyadandır)

"Panço Arena"

18:00. Şimali Makedoniya - Andorra

Chosen
55
7
azreform.info

10Sources