EN

SEPAH xəbərdarlıq edib: Hörmüz boğazında ABŞ qüvvələrini gözləyirik

ABŞ qüvvələrinin Hörmüz boğazından tankerləri keçirməsini gözləyirik.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu xəbərdarlıqla SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini çıxış edib.

Bu xəbərdarlıq ABŞ-ın Enerji Departamentinin katibinin donanmanın boğazdan gəmiləri “mümkün olan ən qısa müddətdə” müşayiət etməyə hazırlaşdığını açıqlamasından sonra edilib.

“Onların gəlməsini gözləyirik”, – Naini deyib.

Qeyd edək ki, Hörmüz boğazı strateji əhəmiyyət daşıyır və bölgədə davam edən müharibə səbəbindən gəmilərin burada hərəkəti demək olar tam dayanıb. (Apa)

Chosen
2
5
fed.az

6Sources