EN

Beş ölkə ilə həmsərhəddir dünyanın ən böyük gölü hansıdır?

ain.az bildirir, Lent az portalına istinadən.

Dünyanın ən böyük gölü əslində dəniz adlanır və suyu duzludur. Məhz bu səbəbdən ona “dünyanın ən böyük qapalı su hövzəsi” də deyilir. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu su hövzəsi okeana çıxışı olmadığı və dənizlə birbaşa əlaqəsi tapılmadığı üçün çox vaxt göl kimi təsnif edilir. O, yalnız çaylar vasitəsilə digər su sistemləri ilə əlaqələnir.

Dünyanın ən böyük gölü hansıdır

Bəlkə də dünyanın ən böyük gölünün Amerika və ya Afrikada yerləşdiyini düşünə bilərsiniz. Lakin əslində o, Avrasiyada yerləşir və  Xəzər dənizi adlanır.

Okeana çıxışı olmayan bu nəhəng su hövzəsi Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan ilə həmsərhəddir. Onun şərqində Qafqaz dağları, qərbində isə Mərkəzi Asiyanın geniş çölləri yerləşir.

Xəzər dənizinin sahəsi 386 400 kvadrat kilometrdir. Bu isə Yaponiyanın ümumi ərazisindən (378 000 kvadrat kilometr) daha böyükdür. Maraqlıdır ki, bu su hövzəsinin ən dərin nöqtəsi səviyyədən 1025 metr aşağıda yerləşir. Hesab olunur ki, Yer kürəsindəki bütün daxili səthi suların təxminən üçdə biri burada toplanıb.

Xəzər dənizi eyni zamanda dünyanın ən böyük duzlu gölü hesab olunur. Burada 50 ada mövcuddur və su hövzəsi biomüxtəliflik baxımından mühüm əhəmiyyətə malikdir. Burada Xəzər suitisi, altı növ nərə balığı, həmçinin yüzlərlə balıq və onurğasız canlı növü yaşayır.

Alimlər uzun müddət Xəzər suitilərinin bu qapalı su hövzəsinə necə gəlib çıxdığını araşdırıblar. Son tədqiqatlara görə, onlar vaxtilə Arktikadan çaylar şəbəkəsi vasitəsilə buraya miqrasiya ediblər. Bu çayların bir qismi sonradan yoxa çıxıb. Xəzər dənizi həm də Avropa, Asiya və Afrika arasında miqrasiya edən quşlar üçün mühüm dayanacaq nöqtəsidir.

Lakin son araşdırmalar göstərir ki, qlobal istiləşmə səbəbindən bu nəhəng su hövzəsinin sahəsi gələcəkdə azala bilər. Lids Universitetinin alimləri hesab edirlər ki, 2100-cü ilə qədər sahəsi İslandiyanın ərazisindən böyük olan bir hissə buxarlanaraq yox ola bilər. Dünyanın ikinci ən böyük gölü isə Kanada və ABŞ arasında yerləşən Superior gölüdür. Bu, həm də dünyanın ən böyük şirin su gölü hesab olunur.

Dünyanın ən böyük vulkanı hansıdır?

Dünyada məlum olan ən böyük vulkan da dənizin altında yerləşir. Tamu massivi Sakit okeanın dibində, Yaponiyadan təxminən 1600 kilometr şərqdə yerləşir. Onun sahəsi təxminən 310 000 kvadrat kilometrdir və vulkanın əsas hissəsi Yer qabığının təxminən 30 kilometr dərinliyinə qədər uzanır. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın Vaşinqton ştatının sahəsi 184 661 kvadrat kilometrdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
lent.az

1Sources