EN

İranın səfiri: Naxçıvana PUA hücumu ilə bağlı ikitərəfli iş aparılmalıdır

Naxçıvanın pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalması ilə bağlı müxtəlif mövqelər var.

Bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu “Baku TV”yə müsahibəsində deyib.

“İran və Azərbaycan bu məsələyə baxıb, detalları dəqiqləşdirib həll etməlidir” , – səfir qeyd edib.

O, iki ölkə arasında problemi qəbuledilməz adlandırıb:

“Mən də narahatam, çünki Naxçıvanda 30 il əvvəl olmuşam. Azərbaycanın Naxçıvana gediş-gəliş çətinliklərindən də xəbərdaram. Naxçıvan sakinlərinin yaşadıqları çətinlikləri görmüşəm”.

Səfir bu sözləri deyəndən sonra “Baku TV”nin jurnalisti Naxçıvan ətrafında yenə blokadanın yarandığını qabardıb.

Səfir bunu bildiyini və ötən 30 il ərzində İranın Naxçıvana qarşı soyuq münasibət bəsləmədiyini bildirib. O ki qalda İran ordusunun Naxçıvanı yanlışlıqla atəşə tutduğu halda müvafiq insanların cəzalandırılmasına, səfir yenə İranın Naxçıvana hücumunun rəsmən təkzib olunduğunu bildirib:

“Buna görə, ikitərəfli iş aparılmalıdır, yəni sizdə olan informasiya bizə lazımdır, bizdə olan məlumat sizə. Bunun əsasında isə müvafiq qərarlar veriləcək”.

“Baku TV”nin baş redaktoru Turan İbrahimov bu yerdə Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını səfirə xatırladıb və İranın məsələ tam aydınlaşandan sonra üzr istəyəcəyinə, kimlərisə cəzalandıracağına ümid etdiyini bildirib.

MənbəREPORT
Chosen
21
2
banker.az

3Sources