EN

Prezident İlham Əliyev prinsipal mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidentinə minnətdarlığını bildirib FOTO

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Respbulikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana etdiyi PUA hücumundan sonra Azərbaycana göstərdiyi dəstəyə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə təşəkkür edib.

Milli.Az xəbər verir ki, bununla bağlı paylaşım dövlət başçısının "X" sosial şəbəkəsindəki hesabında yerləşdirilib.

Paylaşımda deyilir:

"İran tərəfindən Naxçıvanda mülki infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş son hücumlardan sonra nümayiş etdirdiyi prinsipial mövqeyə və həmrəyliyə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə səmimi təşəkkürümü bildirirəm.

Slovakiyanın diplomatik əməkdaşlarının Tehrandan təxliyəsi zamanı Azərbaycanın operativ dəstəyi ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin və strateji xarakterinin əyani təzahürüdür, həmçinin beynəlxalq əməkdaşlığa sadiqliyimizin təsdiqidir."

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
2
news.milli.az

4Sources