EN

"Azeri Light"ın qiyməti 95 dollara yaxınlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,72 ABŞ dolları və yaxud 7,6 % artaraq 94,62 ABŞ dolları təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə "Report"aneft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 94,20 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,81 ABŞ dolları və ya 8,1 % artaraq 90,5 ABŞ dolları təşkil edib.

Chosen
42
30
publika.az

10Sources