EN

Ərdoğan ilə Məhəmməd bin Salman son hadisələri müzakirə etdilər

BAKI, 7 mart. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub.

Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə bölgədəki münaqişə və son hadisələr müzakirə olunub.

Ərdoğan hər şeyə baxmayaraq, diplomatiyaya şans vermək, problemləri dialoq yolu ilə həll etmək və danışıqlara qayıtmaq üçün görüşlər keçirdiyini bildirib.

Türkiyə Prezidenti edilən hücumlarla bağlı Səudiyyə Ərəbistanına başsağlığı verib.

Chosen
44
teleqraf.com

1Sources