EN

Hörmüzdən keçən gəmilərin hərbi müşayiətinə bu vaxt başlanacaq - Bessent

Bir-iki həftə ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Hörmüz boğazından keçən gəmiləri müşayiət etməyə başlaya bilər.

Musavat.com xəbər verir ki, bunu Fox Business-ə verdiyi müsahibədə ABŞ maliyyə naziri Skott Bessent deyib: "Düşünürəm ki, bu, bir və ya iki həftəlik bir məsələdir, bilmirəm, amma biz artıq bunu həll etmək yolundayıq".

Bessent əlavə edib ki, hakimiyyət orqanları bu məsələdə ABŞ Mərkəzi Komandanlığının qiymətləndirmələrinə etibar edəcəklər.

Musavat.com

 

 

 

 

Chosen
74
musavat.com

1Sources