EN

Polşa səfirliyi İranın Naxçıvana dron hücumunu qətiyyətlə pislədi

Polşanın Azərbaycandakı səfirliyi İran ərazisindən Naxçıvan Muxtar Respublikasına doğru həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu ilə bağlı bəyanat yayıb.

Musavat.com xəbər verir ki, diplomatik nümayəndəlik bu hücumu Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı kobud pozuntu kimi qiymətləndirib.

Bəyanatda bildirilir ki, İran ərazisindən uçan dronlarla Naxçıvana edilən hücum beynəlxalq hüquq normalarına ziddir və regionda gərginliyin artmasına səbəb olur.

“Polşa İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçan pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir. Bu hərəkət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün, eyni zamanda beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və regionda gərginliyin artmasına səbəb olur”, – bəyanatda qeyd olunub.

Diplomatik nümayəndəlik həmçinin vurğulayıb ki, Azərbaycanın mülki əhalisini və infrastrukturunu təhdid edən bu cür addımlar tamamilə qəbuledilməzdir.

Polşa tərəfi regionda təhlükəsizliyin qorunmasının və beynəlxalq hüquq normalarına hörmət edilməsinin vacibliyini bir daha xatırladıb.

 

Musavat.com

Chosen
66
musavat.com

1Sources