EN

“Şamaxı”nın kapitanı bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq

"Şamaxı"nın heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin kapitanı Arsen Ağcabəyov sıradan çıxıb.

25 yaşlı mərkəz müdafiəçisinin adı ötən gün ölkə kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la cavab oyunun iştirak ərizəsinə daxil edilməyib. Azərbaycanın U-21 millisinin sabiq üzvü bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Arsen Ağcabəyov 2024-cü ilin yayından "Şamaxı"da çıxış edir. Futbolçu bu mövsüm komandanın heyətində meydana 23 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
3
1
sportinfo.az

2Sources