EN

"Baku TV" İranın müdafiə və siyasi sistemindəki pərakəndəliyə diqqət çəkib

Hücuma məruz qalan ölkə müdafiə olunmalıdır.

"Far.Az" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu "Baku TV"nin baş redaktoru Turan İbrahimova "Eksklüziv müsahibə"də deyib.

"İranın bölgə ölkələrindəki ABŞ və İsrail hərbi bazalara hücumu fevralın 28-də ABŞ və İsrailin hava zərbələrinə məruz qalmasından sonra müdafiə məqsədləri ilə edib" , - səfir bildirib.

Onun sözlərinə görə, İran hücum etdiyi ölkələrə bu zərbələrin ərazi bütövlüyü və suverenliyin pozulması anlamına gəlmədiyini elan edib. "Çünki zərbələr sırf hərbi bazalara endirilib" , - o deyib və əlavə edib ki, İrana hərbi təcavüz dayandırılsa, İslam Respublikası da zərbələri yekunlaşdıracaq.

T.İbrahimov İranın Ali rəhbəri öldürüləndən sonra İslam Respublikasının necə idarə olunduğunu da soruşub. Səfir isə bildirib ki, Ali rəhbər ölkə siyasətinin prinsiplərini təyin edir:

"Bu prinsiplərin icrası isə Prezident, Prezident Aparatı və nazirliklər vasitəsilə həyata keçirilir. Hər 5 ildə İranda o siyasət əsasında qanun yazılır, illik qanunlar hazırlanır və icra strukturları iş aparır. İran rəhbəri şəhid olub, amma o demək deyil ki, boşluq var".

O bildirib ki, rəhbəri əvəz edən şura icraedici funksiyaya malik deyil. "Məsələn dünən bu hadisədən (Naxçıvanın İran tərəfindən sron hücumlarına məruz qalması) xəbər tutanda dərhal nazirlə (Abbas Əraqçi – red.) əlaqə saxladım" , - səfir bildirib və əlavə edib ki, İranın xarici işlər naziri Abbas Əraqçi də müvafiq qurumlarla danışıb:

"Sistem öz işini görür, amma, təbii ki, biz (İran – red.) normal vəziyyətdə deyilik, müharibə gedir. Bu o demək deyil ki, İranda hər şey məhv olub".

Səfirin bu cavabından sonra "Baku TV"nin baş redaktoru Naxçıvana dron hücumunun İrandan həyata keçirildiyinə əminliyin olduğunu vurğulayıb və İranda nazirliklər arasında əlaqənin normal səviyyədə olmadığına eyham vurub. T.İbrahimov İranda qurulan "mozaik müdafiə sistemi"nin özündə pərakəndəlik ehtiva etdiyini bildirib və qeyd edib ki, Azərbaycana dron hücumundan sonra Tehranın verdiyi reaksiyada da bu pərakəndəlik hiss olunur. Yəni İranın siyasi sistemi də "mozaik"ləşib.

Chosen
94
1
far.az

2Sources