EN

“Real” sonda sevindi

style='margin-bottom:10px;'>

İspaniya La Liqasında 27-ci tura start verilib. 

QOL.az xəbər verir ki, turun açılış matçında “Real” səfərdə “Selta”nın qonağı olub. Son 2 turda uduzan Madrid klubu bu dəfə son dəqiqə qolu ilə qələbə qazanıb.

“Selta” - “Real” - 1:2
Qollar:
Tçuameni, 11 (0:1), İqlesias, 25 (1:1), Valverde, 90+4 (1:2)

Bu qələbə sayəsində xallarının sayını 63-ə çatdıran “Real” ikinci pillədə qərarlaşıb. “Kral klubu” 1 oyun az keçirən lider “Barselona” ilə xal fərqini minimuma endirib. “Selta” isə 40 xalla 6-cı pillədə qərarlaşıb.

Chosen
72
6
teleqraf.com

8Sources