EN

Azərbaycan karateçisi Rusiyadakı turniri üçüncü yerdə başa vurub FOTO

ain.az, Idman.biz saytına istinadən bildirir.

Rusiyanın Moskva şəhərində “Kyokuşinkan” təşkilatının təşkilatçılığı ilə “Millətlər Kuboku” beynəlxalq turniri keçirilib.

İdman.Biz-in Azərbaycan Karate Federasiyasına istinadən məlumatına görə, yarışda 43 ölkədən və Rusiyanın 41 regionundan ümumilikdə 1600 idmançı iştirak edib.

Turnirdə ölkəmizi Azərbaycan Karate Federasiyasının “fullkontakt şinkyokuşin karate” üslubu üzrə milli komandasının üzvü Aygün Əsədli qadınlar arasında 55 kq çəki dərəcəsində təmsil edib.

Aygün Əsədli 1/16 final mərhələsini uğurla keçsə də, 1/4 final mərhələsində aldığı zədə səbəbindən yarışın həkimlərinin qərarı ilə mübarizəni davam etdirə bilməyib və turniri bürünc medal qazanaraq 3-cü yerdə başa vurub.

Yarışda “Beynəlxalq Kyokuşinkan Təşkilatı”nın nümayəndəsi və beynəlxalq dərəcəli hakim Qələndər Aslanov da iştirak edib. O, yarışda hakim kimi fəaliyyətinə görə təşkilatçılar tərəfindən təşəkkür məktubu ilə təltif olunub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
1
icma.az

2Sources