EN

Ağ Ev İranın “qeyd şərtsiz təslim olma” tələbinin detallarını açıqladı

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ administrasiyası Prezident Donald Trampın İran üçün irəli sürdüyü “qeyd-şərtsiz təslim olma” tələbinin detallarını və hərbi əməliyyatların gözlənilən müddətini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev bu tələbin İranın bir daha təhdid yaratmayacağı ana qədər qüvvədə qalacağını bəyan edib.

Bildirilib ki, hərbi əməliyyatların daha 4-6 həftə davam edəcəyi gözlənilir. Tramp vurğulayıb ki, Tehranla sülh yalnız tam təslimiyyətdən sonra mümkündür. O, təslim olacağı təqdirdə İrana iqtisadi intibah və “əvvəlkindən daha güclü dövlət” vədi verib.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi isə bu açıqlamalara sərt reaksiya verib. O, Trampı nüvə danışıqlarını “daşınmaz əmlak müqaviləsi” kimi aparmaqda və uğursuzluqdan sonra qisas məqsədilə ölkəni bombalamaqda ittiham edib.

Xatırladaq ki, fevralın 28-dən başlayan əməliyyatlar nəticəsində İranın hərbi infrastrukturu zərbələrə məruz qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
100
1
qafqazinfo.az

2Sources