EN

İranın Azərbaycana iki hücumu: nələr baş verir? Tehranın taktikası

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Naxçıvana dron hücumu Tehrandakı səfirliyimizə qarşı terror aktından sonra Azərbaycanla İran arasında yenicə düzəlmayan başlayan münasibətlərdə gərginliyi artırıb.

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında sərt mövqe nümayiş etdirməsi və bu təxribata cavab veriləcəyini açıqlaması Bakı üçün vəziyyətin nə dərəcədə kritik dəyərləndirildiyini göstərir.

Globalinfo.az-a danışan sabiq diplomat, Azərbaycanın Tehrandakı keçmiş səfiri Nəsib Nəsibli deyib ki, Prezident Təhlükəsizlik Şurasının iclasında mövqeyini aydın və dəqiq şəkildə ifadə edib:

“Hazırkı mərhələdə İrandan üzr istənilməsi, hadisə ilə bağlı izahat verilməsi və hücuma görə cavabdehlik daşıyan şəxslərin məsuliyyətə cəlb olunması tələb edilir. Lakin İran məsuliyyətdən yayınmağa çalışır. Hətta hücumun guya İsrail tərəfindən həyata keçirildiyini iddia edir.

Düşünürəm ki, Naxçıvana edilən hücum Azərbaycanın İrandakı səfirliyinə edilmiş hücumla eyni mahiyyəti daşıyır. Çünki səfirlik təmsil etditi ölkənin suveren ərazisi sayılır, ona edilən hücum birbaşa həmin dövlətə qarşı yönəlmiş hücum kimi qiymətləndirilir.

Nəsib Nəsibli

İran son günlərdə çox düşünülməmiş addımlar atır. Körfəz ölkələrinə edilən hücumlar, Türkiyə istiqamətində atılan raketlər və indi də Naxçıvana dron hücumu Tehranın hazırda necə gərgin vəziyyətdə olduğunu göstərir. İran faktiki olaraq müəyyən xəbərdarlıq mesajı verməyə çalışır, lakin bu addımlar onun vəziyyətini daha da gərginləşdirir”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
globalinfo.az

1Sources