Bakı. Trend:
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü JelkaTsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevəməktub ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazisinəetdiyi hücumlarla əlaqədar Bosniya və Herseqovinanın RəyasətHeyətinin üzvü qismində Sizə tam dəstəyimi və həmrəyliyimi ifadəedirəm. Biz bu hücumları qəti şəkildə qəbuledilməz və dərinnarahatlıq doğuran hal hesab edirik. Həmin hücumlar regionalsabitlik və təhlükəsizlik üçün ciddi təhdiddir. Sizin rəhbərliyinizaltında Azərbaycan regionda sabitliyin, inkişafın və əməkdaşlığıntəşviqi istiqamətində ardıcıl siyasət yürütmüşdür, buna görə dəbelə əməllər xüsusilə ədalətsizdir.
Bu çətin şəraitdə Zati-alinizlə və dost Azərbaycan xalqı iləqəti həmrəy olduğumuzu bir daha bildiririk.
Bakıya qarşıdan gələn səfərimi və yenidən görüşümüzüsəbirsizliklə gözləyirəm. Bu görüşü xalqlarımız arasında mövcudolan dostluq münasibətlərinin və əməkdaşlığın daha damöhkəmləndirilməsi üçün mühüm fürsət kimi qiymətləndirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahişedirəm".