EN

Bakıda Oracle Mükəmməllik Mərkəzi və Süni İntellekt Zonası inkişaf etdiriləcək Rəşad Nəbiyev FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfəri çərçivəsində Oracle şirkətinin vitse-prezidentləri Ken Maklennan və Mark Nyuol ilə görüşüb.

Avtosfer.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

Görüş zamanı Azərbaycan və Oracle arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin naziri qeyd edib ki, görüşdə Bakıda Oracle Mükəmməllik Mərkəzinin yaradılması, suveren bulud həlləri, süni intellekt imkanları və Yeni Texnologiya, Süni İntellekt və Oyun İqtisadi Zonasının inkişafı üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
4
avtosfer.az

5Sources