EN

ABŞ şirkəti 605 minə yaxın avtomobili geri çağırdı: Səbəb bu imiş RƏSMİ

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Avtomobil nəhəngi “Ford Motor Company” təhlükəsizlik riski yaradan texniki nasazlıqlara görə yüz minlərlə avtomobili geri çağırıb.

Avtosfer.az xəbər verir ki, “National Highway Traffic Safety Administration” (NHTSA) tərəfindən yayılan məlumata görə, geri çağırma qərarının əsas səbəbi şüşəsilənlərin mühərrikində yarana biləcək nasazlıqdır. Bildirilir ki, ümumilikdə 604 min 533 nəqliyyat vasitəsi bu problemə görə geri çağırılıb. Nasazlıq şüşəsilənlərin işləməməsinə səbəb ola bilər ki, bu da sürücünün görmə qabiliyyətini məhdudlaşdıraraq qəza riskini artırır.

Bu çərçivədə 2020–2022-ci model illərinə aid “Ford Explorer”, “Ford Escape”, “Lincoln Aviator” və “Lincoln Corsair” avtomobillərinin sahibləri rəsmi servis mərkəzlərinə dəvət olunur. Servis mərkəzlərində nasaz şüşəsilən mühərrikləri pulsuz şəkildə dəyişdiriləcək.

Bundan əlavə, şirkət ötürücü valında aşkar olunan istehsal qüsuru ilə əlaqədar daha 11 min 431 avtomobili də geri çağırıb. NHTSA-nın məlumatına görə, bəzi avtomobillərdə ötürücü valdakı sürtünmə qaynaq birləşməsinin qırılması riski var ki, bu da valın qopmasına və qəfil güc itkisinə səbəb ola bilər.

Şirkət bildirib ki, təhlükəsizlik risklərini aradan qaldırmaq üçün bütün avtomobillər yoxlanılacaq və nasaz hissələr pulsuz şəkildə dəyişdiriləcək. Şirkət qeyd edir ki, bu addımlar istifadəçi təhlükəsizliyini təmin etmək və mümkün yol qəzalarının qarşısını almaq məqsədi daşıyır.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
avtosfer.az

1Sources