EN

PUA hücumuna cavab tədbirləri…

Prezident İlham Əliyev martın 5-də Təhlükəsizlik Şurasının iclasında İranın Naxçıvana PUA hücumuna sərt ifadələrlə mövqe bildirdi. Eyni zamanda Prezident artıq silahlı qüvvələrimizə cavab tədbirləri hazırlamaq və həyata keçirmək barədə tapşırıq verildiyini bəyan etdi.

Prezidentin dediyi cavab tədbirləri nə ola bilər?

Hərbi-siyasi ekspertlər hesab edir ki, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasında dediyi cavab tədbirləri bir neçə istiqamətdə ola bilər. Cavab tədbirlərindən biri budur ki, Azərbaycan ordusu dərhal ən yüksək səviyyədə səfərbərlik vəziyyətinə gətirildi. Hərbi cavablardan biri bu ola bilər ki, martın 5-dəki dron hücumu bir daha təkrarlansa hücumun həyata keçirildiyi dron bazalarının və ya start meydançalarının müəyyən edilərək məhv edilməsi həyata keçirilə bilər.

Daha bir cavab tədbiri sərhəd boyunca preventiv zərbələr ola bilər.

Hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, Naxçıvan istiqamətində əlavə radar və zenit sistemlərinin yerləşdirilməsi, elektron müharibə vasitələrinin artırılması, mobil zenit qruplarının yaradılması kimi addımlar da cavab tədbirlərindən hesab olunur.

Bundan başqa siyasi və diplomatik yöndə addımlar da cavab tədbirləri kimi qəbul olunur. İranın beynəlxalq hüququ pozaraq Azərbaycan ərazisinə PUA hücumu həyata keçirməsi ilə bağlı regional və beynəlxalq təşkilatlarda məsələ qaldırılması da mümkündür.

Cavab tədbirlərində əsas məqsəd belə halların təkrarının qarşısını almaq və hücum edən tərəfə göstərməkdir ki, hər bir belə addım cavabsız qalmayacaq.

Etibar Seyidağa,
Musavat.com

Chosen
85
musavat.com

1Sources