EN

SEPAH tərəfindən Azərbaycan ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların və kəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısını alıb.

Day.Az xəbər verir ki, cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf alınıb.

Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcıların zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb.

İran İslam Respublikası vətəndaşları Rustamzada Behnam Sahibali və Zandkian Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb. İran İslam Respublikası vətəndaşı Zandkian Yaser Rahimin tapşırığı ilə Səbail rayonu, Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş 1 ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı, içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kq 730 qram ağırlığında olan "C-4" partlayıcı maddənin olduğu aşkarlanıb. DTX-nın əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin, Ağayev Nicat Zaman oğlu ilə birlikdə avtomobillə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonrakı günlərdə Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib.

Daha sonra İran İslam Respublikası SEPAH-la birbaşa əlaqələri olan İran İslam Respublikası vətəndaşı Azarundbileh Hosein Savar Saberin tapşırığı ilə ölkə ərazisinə yenidən içərisində partlayıcı qurğu olan konteynerin keçirildiyi məlum olub. Onun içərisində uzaqdan idarə olunan, "C-4" tipli 2 ədəd partlayıcı qurğu olub. Əvvəlcədən cinayətkar əlaqənin yaradıldığı Azərbaycan vətəndaşı Abdullayev Əsəd Tofiq oğlu gizli saxlanc yerinə gələrək konteyneri götürüb. Bu barədə əvvəlcədən məlumat alındığından həmin halın təsbit edilməsi üçün saxlanc yeri DTX tərəfindən gizli video müşahidə ilə təchiz edilib. Sonrakı gün Rəşad Rüstəmov və Əsəd Abdullayevin birlikdə Qobustan rayonunun Şıxlar qəsəbəsi, Bağlar massivindəki məlum gizli saxlanc yerindən konteyneri götürərək bağlamanı Ə.Əbdullayevin yaşadığı evin yaxınlığında gizlətdiyi aşkarlanıb. Azərbaycan vətəndaşları ilə cinayətkar əlaqə yaradan İran vətəndaşlarının narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaları ilə yanaşı İslam İnqilabi keşikçiləri Korpusu ilə birbaşa əlaqələrinin olduqları təsbit edilib.

Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki körpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 000 ABŞ dolları vəd edən İran İslam Respublikası vətəndaşı Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad işi görəcək şəxsin axtarışında olub. Eyni zamanda, S.Sheikhzadehin Azərbaycan Respublikasında yaşayan yəhudi əsilli şəxslərə qarşı sui-qəsd planlarının hazırlanmasında SEPAH-dan xüsusi tapşrıqlar aldığı məlum olub.

SEPAH tərəfindən bundan öncəki 3 partlayıcı qurğunun yeri etibar etdikləri şəxslərin təşəbbüskarlarla əlaqələrini kəsməsi səbəbindən müəyyən edilməyib. Buna görə də, İran İslam Respublikası vətəndaşı Hafez Tavassolinin təşəbbüsü ilə növbəti partlayıcı qurğunun keçirilməsi təmin edilib.

Belə ki, Paytaxtın Qaradağ rayonunda yerləşən Gəmiqayırma Zavodunun yaxınlığında 1 ədəd 1280 qram çəkidə partlayıcı qurğu müəyyən edilib. Həmin partlayıcının öldürücü qüvvəsinin təsir dairəsi 250-300 metr məsəfadədir. SEPAH-ın əlaqələndirici agenti kimi müəyyən edilmiş Hafez Tavassoli, Ağayeva Xədicə Zakir qızı ilə əlaqə yaradıb, qutunu özündə iki gün saxlamasını istəyib. Göndərilmiş koordinatdan bağlamanı təhvil alan Azərbaycan vətəndaşı sonrakı günlərdə həmin qutunu Masazır qəsəbəsində gizli yerə qoyub.

Xədicə Ağayeva 1 nəfərin motosikletlə yaxınlaşıb bağlamanı götürdüyünü müşahidə etdikdən sonra H.Tavassoliyə bu barədə məlumat verib. X.Ağayeva partlayıcı maddəni Masazır qəsəbəsi ərazisində əvvəlcədən razılaşdırılmış yerə qoyduqdan sonra Sajjad Sheikhzadeh Moghaddam Sati Sofli Evadın tapşırığı ilə Əhmədov Elvin Bəhruz oğlu partlayıcı qurğunu götürərək yaşadığı Biləcəri qəsəbəsindəki həyət evinin ətrafında gizlədib.

Chosen
52
19
day.az

10Sources