EN

Kolumbiya Azərbaycanla həmrəylik ifadə etdi

Yaxın Şərqdə gərginlik fonunda Kolumbiya Azərbaycan və bir sıra digər ölkələrlə həmrəylik ifadə edib.

"Unikal" xəbər verir ki, bu barədə Kolumbiya hökumətinin bəyanatında deyilir.

Bəyanatda hökumət region üzrə mülki əhaliyə və infrastruktura qarşı yönəlmiş hücumları qətiyyətlə pisləyib və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.

“Kolumbiya bu hücumları pisləyir və Bəhreyn Krallığının, Qətər Dövlətinin, Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanı Krallığının, İordaniya Krallığının, Küveyt Dövlətinin, Oman Sultanlığının, Livan Respublikasının, İraq Respublikasının, Kipr Respublikasının, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının xalqları ilə həmrəylik ifadə edir”, – bəyanatda qeyd olunur.

Hökumət bildirib ki, mülki əhaliyə və mülki infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır və regional sabitlik və təhlükəsizlik üçün ciddi təhdid yaradır.

Kolumbiya vurğulayıb ki, mövcud gərginliyin aradan qaldırılması üçün dialoq, diplomatiya, həmçinin beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə ciddi riayət olunması zəruridir.

Bəyanatda həmçinin qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Kolumbiya bütün tərəfləri təmkin nümayiş etdirməyə, daha da eskalasiyanın qarşısını almağa və sülhün və sabitliyin qorunmasına yönəlmiş diplomatik səylərə qayıtmağa çağırmağa davam edəcək.

Chosen
74
50
unikal.az

10Sources